Bill Gates Microsoft şirkətinin iclaslarından birində kompüter sahəsində baş verən inkişafın sürətini izah etmək məqsədilə belə bir müqayisə edir:
– Əgər Volkswagen şirkəti son 25 il içərisində kompüter sahəsi kimi inkişaf etmiş olsaydı, bu gün 500 dollara aldığımız avtomobillərə 25 dollarlıq benzin tökərək dünya səyahətinə çıxa bilərdik.
Bir neçə gün sonra Volkswagen şirkəti Bill Gates-in bu müqayisəsinə öz cavabını nəşr etmişdir. Cavab belə idi:
-Əgər avtomobil sahəsi Bill Gates-in əməliyyat sistemi kimi inkişaf etmiş olsaydı, alacağınız hər avtomobildə yalnız 1 oturacaq olardı. Digər oturacaqlar üçün əlavə lisenziya haqqı ödəməli olacaqdınız. İstehsal etdiyimiz avtomobil yalnızca bizim yaratdığımız benzinlə işləyəcək, avtomobilin üzərində olan dönmə işıqları və bütün digər işıqlar əvəzinə “Avtomobiliniz uyğunsuz bir əməliyyat icra etdi və bağlanacaqdır” yazısı peyda olan bir ekran olacaqdı. Bundan əlavə, qəza zamanı təhlükəsizlik yastıqları açılmadan öncə “Təhlükəsizlik yastıqları açılacaq, əminsinizmi?” deyən işıq peyda olacaq.
Comments are closed.