8 C
Baku
Friday, March 29, 2024

Volkswagen “dizel qalmaqalı”-nın aradan qaldırılmasına 25,1 milyard avro sərf edib

Banker.az xəbər verir ki, Almaniyanın Volkswagen avtomobil konserni 2017-ci ilin III rübündə Şimali Amerikada “dizel qalmaqalı”-nın nəticələrinin aradan qaldırılmasına sərf etdiyi məbləğin həcmini 2,5 milyard avro artırıb.

Şirkətin mətbuat xidmətinin verdiyi məkumatda qeyd edilir ki, xərclərin artması Şimali Amerikada vəziyyətin tənzimlənməsinin bir hissəsi olan TDI iki litrlik dizeı mühərrikli avtomobillərin geri alınması və təkmilləşdirilməsi proqramı ilə bağlıdır. Bundan əlavə, şirkət bildirib ki, sözügedən bu proqramın reallaşdırılması gözlənildiyindən “daha çox xərc və zəhmət tələb edib”.

Beləliklə, Volkswagen şirkətinin dizel qalmaqalının nəticələrinin aradan qaldırılması üçün sərf etdiyi məbləğin ümumi həcmi 25,1 milyard avroya çatıb.

Qeyd edək ki, Volkswagen konserni ABŞ-da dizelli avtomobilləri zərərli tullantıların real göstəricilərini aşağı salan proqram təminatı ilə təchiz etməkdə günahlandırıldı. Amerika rəhbərliyi şirkəti ölkədə 2009-2015-ci illərdə satılmış Volkswagen və Audi markalı 482 min avtomobili geri çağırmağa təhkim etdi. Volkswagen şirkəti isə öz növbəsində aprel ayında istehlakçılardan bu avtomobillərin geri alınması və onlara təzminat ödənilməsi barədə razılığa gəldi.

Son xəbərlər
Digər xəbərlər