9 C
Baku
Friday, December 13, 2024

Volkswagen milyardlarla təzminat ödəyəcək

Banker.az saytının verdiyi məlumata görə, Volkswagen avtomobil istehsalçı şirkəti ABŞ-da öz avtomobillərində proqram təminatı ilə bağlı meydana gələn qüsura görə 1,2 milyard dollar təzminat ödəyəcək. Sözügedən bu qərarı isə, Amerika Federal məhkəməsi verib.

Volkswagen ya avtomobillərdə proqram təminatı ilə bağlı qüsuru aradan qaldıracaq, ya da avtomobil sahiblərinə pul təzminatı ödəyəcək. Bu qərar 3 litr həcmli dizel mühərrikinə sahib 88 mindən çox avtomobil sahibinə şamil edilir. 2009-2012-ci illərin maşınlarının sahibləri üçün təzminat həcmi 7,8 min dollardan 16,1 min dollara qədər təşkil edəcək. Yaxın keçmişdə buraxılan avtomobil sahibləri üçün təzminat məbləği 16,1 min dollara qədər artırılıb.

Ümumilikdə, Volkswagen şirkəti ABŞ-da ekoloji qaydaların pozulması səbəbindən yaranmış qalmaqalı aradan qaldırmaq üçün 25 milyard dollar vəsait sərf etməli olacaq.

Son xəbərlər
Digər xəbərlər