10 C
Baku
Friday, December 13, 2024

“Volkswagen” pilotsuz təcili yardım avtomobilini buraxacaq

Alman avtomobil şirkəti “Volkswagen” Hamburqda (Almaniya) gələcəyin nəqliyyat sistemlərinin inkişafına həsr olunmuş konqresdə pilotsuz təcili yardım avtomobilinin konsepsiyasını təqdim edib.

Banker.az xəbər verir ki, avtomobilin salonunda iki oturacaq və xüsusi tibbi avadanlıq yerləşəcək. Yeni pilotsuz təcili yardım avtomobili ilə bağlı ətraflı məlumat yoxdur. Mütəxəssislərin sözlərinə görə, belə modellər 2025-ci ildən sonra görünə bilər.

Sentyabrın 7-si “Volkswagen” yeni konseptual krossoverini təqdim edib. Avtomobil MEB platforması üzərində qurulub. Modelin uzunluğu 4091 mm təşkil edir. “Volkswagen ID”nin seriya versiyası 2025-ci ildə buraxılacaq.

Son xəbərlər
Digər xəbərlər