8 C
Baku
Sunday, December 22, 2024

“Volkswagen” Rusiya və Çinə avtomobil ixracını dayandırıb

Alman avtomobil istehsalçısı “Volkswagen” Çin zavodlarına Rusiyaya avtomobil tədarükünü qadağan edib və bununla da öz modellərinin Çindən idxalına qarşı durmağa çalışıb. Almaniyanın “Handelsblatt” nəşri yazır ki, Rusiyaya arzuolunmaz ixracatla mübarizə aparmaq üçün “Volkswagen” həmçinin çinli avtomobil satıcılarının daxil olduğu “qara siyahılar” sistemi yaradıb. Bu şirkətlər artıq Çinin birgə müəssisələrindən birbaşa nəqliyyat vasitələri ala bilməyəcəklər.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Xatırladaq ki, 2022-ci ilin martında “Volkswagen” Rusiyaya avtomobil ixracını dayandırıb. Qeyri-rəsmi məlumatlara görə, şirkətin Rusiyadakı zavodunun satışı ilə bağlı danışıqlar aparılır. Kaluqadakı zavod “Volkswagen Tiguan” krossoveri, “Volkswagen Polo” və “Skoda Rapid” liftbeklərini istehsal edir.

Son xəbərlər
Digər xəbərlər