Dünyanın avtomobil nəhənglərindən biri olan “Volkswagen” şirkəti qənaət proqramı çərçivəsində yaxın 5 ildə əlavə olaraq 7 minə yaxın iş yerini ixtisara salacaq.
Bu barədə şirkətin yayadığı rəsmi məlumatda deyilir.
Qeyd olunur ki, yeni tədbirlər elektrikli avtomobillərin istehsalı üzrə güclərin artırılması üçün əlavə vəsaitlərin əldə olunması məqsədilə həyata keçiriləcək. Plana əsasən proqram 2023-cü ildən konsernin mənfəətini illik 5,9 milyard avro həcmində artırmağa imkan verəcək.
Xatırladaq ki, “Volkswagen”in 2016-cı ildə istehsalat şurası ilə əldə etdiyi qənaət tədbirləri paketi haqda razılaşmaya əsasən dünya üzrə 30 min, o cümlədən Almaniyada 23 min iş yeri ixtisar ediləcək.
©Finans.az