13 C
Baku
Monday, May 6, 2024

“Volkswagen” yeni krossoverini təqdim edib – Fotolar

“Volkswagen” şirkəti yeni “Tavendor” kupe-krossoverini təqdim edib. Bildirilir ki, avtomobil Çin bazarında satılacaq. Model “MQB” platforması üzərində qurulub. Krossoverin ölçüləri aşağıdakı kimidir: uzunluq – 4936 mm, en – 2015 mm, hündürlük – 1756 mm.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İnteryer Çində yeni avtomobillərdə üstünlük təşkil edən üslubda hazırlanmışdır və artıq yerli avtomobillərdə istifadə olunur. Texniki olaraq “Tavendor” və “Teramont” modelləri identikdir.

vw tavendor8

vw tavendor2

vw tavendor4

vw tavendor5

“Volkswagen Tavendor” bazara bu ilin sonunadək çıxacaq. Avtomobilin qiyməti 41 min dollardan 57 min dollar arasında dəyişəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər