12 C
Baku
Thursday, November 14, 2024

“Volkswagen”in qlobal tədarükü yanvarda 15% azalıb

Bu ilin yanvar ayında “Volkswagen Group”un qlobal tədarükü illik ifadədə 15,2% azalıb.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, “Volkswagen” yanvar ayında 699,5 min avtomobil tədarük edib, ötən ilin eyni ayında isə bu göstərici 825 minə bərabər idi.

Qərbi Avropa bazarında tədarük 3,9%, Mərkəzi və Şərqi Avropa bazarlarında 22,8%, Şimali Amerika bazarında 5%, Çin bazarında isə 18,3% azalıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər