Volodin: “Xarici şirkətlər Rusiya bazarını tərk etmək istəmirlər”

Qərbin görünməmiş təzyiq və şantajına baxmayaraq, xarici şirkətlərin 77%-dən çoxu Rusiyadakı bizneslərini bağlamayıb.

Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib. “Aİ-nin sanksiya siyasəti qiymətlərin artmasına, inflyasiyaya və enerji resurslarının qıtlığına səbəb olub. Görünməmiş təzyiqlərə, şantajlara və sanksiyalara baxmayaraq, 1382 xarici şirkətin 77.6%-i Rusiyada biznesini bağlamadı”, – deyə o qeyd edib.

Volodinin sözlərinə görə, xarici şirkətlər “Rusiya bazarını tərk etmək istəmirlər”, çünki onlar nəinki xərc çəkirlər, əksinə geri qayıtmaq perspektivini itirirlər.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər