22 C
Baku
Friday, April 26, 2024

“Volvo Cars” Höteborqdakı fabrikində istehsalı dayandırır

İsveçin “Volvo Cars” avtomobil konserni Höteborq şəhərinin Torslanda rayonundakı fabrikində istehsalı bir həftəlik dayandırır.

“Volvo Cars” bunun əvvəllər də istehsalı dayandırmağa məcbur edən yarımkeçiricilərin çatışmazlığı ilə əlaqəli olduğunu elan edib.

Şirkət rəsmiləri istehsalın bərpasında lazımi komponentlərin tədarükü ilə bağlı problemlərin həlli üçün işlərin aparıldığını bildiriblər.

Qeyd edək ki, istehsalın dayandırılması ilə bağlı xəbərlərdən sonra “Volvo Cars”-ın səhmləri Stokholm Birjasında 0,5 faiz dəyər itirib.

MənbəAzertac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər