15 C
Baku
Saturday, April 20, 2024

“Volvo”nun onlayn satışları 360% artıb

2021-ci ilin ilk doqquz ayında “Volvo” dünya üzrə 530 649 ədəd avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17.6% çoxdur. Qeyd olunur ki, ən böyük artım Avropa, Çin və ABŞ bazarında olub.

Banker.az xəbər verir ki, “Volvo”nun ən populyar avtomobil modeli “XC60”dır. 2021-ci ilin yanvar ayından sentyabr ayına qədər bu avtomobillərdən 162 596 ədəd satılıb. İkinci yeri “XC40” (156 920 ədəd), üçüncü yeri isə “XC90” (80 402 ədəd) tutub.

Daha əvvəl avtomobil şirkətinin 2030-cu ilə qədər özünü premium elektrikli avtomobil istehsalçısına çevrilməyi planlaşdırdığı məlum olub. Bu onilliyin ortalarına qədər “Volvo” təxminən 1.2 milyon elektrikli avtomobil satmaq istəyir.

Son xəbərlər
Digər xəbərlər