6 C
Baku
Saturday, December 14, 2024

VTB (Azərbaycan) CONTACT ödəmə sistemi vasitəsilə beynəlxalq köçürmələrə başlayır

®Bank VTB (Azərbaycan)-ın müştəriləri CONTACT ödəmə sistemi vasitəsi ilə ATM şəbəkəsi üzərindən xarici bankların kartlarına pul köçürmək imkanı əldə etdilər. 

Bir köçürmənin maksimum məbləği nağd köçürmə halında 4 000 manat, köçürmə nağdsız şəkildə həyata keçirildiyi təqdirdə 20 000 manatdır. Komissiya hər iki halda 1% təşkil edir.

CONTACT ödəmə sistemi vasitəsilə pul köçürmələrini Rusiya, Özbəkistan, Ukrayna, Türkiyə, Qazaxıstan, ABŞ, Böyük Britaniya, Avstraliya, AB ölkələrinə və digər ölkələrə etmək mümkündür. 

Əməliyyat Bank VTB (Azərbaycan) bankomatları vasitəsilə həyata keçirilə bilər. Bunu etmək üçün bankomatda “CONTACT pul köçürmələri” xidmətini seçin və “Köçürməni göndərmək” sahəsini vurun. Sonra alıcının məlumatlarını, köçürmənin alınacağı ölkəni daxil edin, köçürmə məbləğini göstərin və əməliyyatı təsdiqləyin.

Bankomatda ödəniş almaq üçün “CONTACT pul köçürmələri” xidmətini seçməli, “Köçürməni almaq” kateqoriyasını tapmaq, köçürmə nömrəsini daxil etmək, pul almaq istədiyiniz hesabı və ya kart nömrəsini göstərmək və əməliyyatı təsdiqləmək lazımdır.

Məlumat üçün

CONTACT ilk rus pul köçürmə və ödəmə sistemidir. 1999-cu ildə JSCB RUSSLAVBANK (QSC) tərəfindən təsis edilmişdir. Dünya üzrə pul köçürməyinizə və ödənişlər etməyinizə imkan verir. 3 Avqust 2012-ci ildə CONTACT ödəmə sistemi Rusiya Bankının ödəniş sistemi operatorlarının reyestrində 0001 nömrəsi ilə qeydiyyata alındı. 2013-cü ilin aprel ayında Rusiya Bankı CONTACT Ödəniş sisteminə sosial əhəmiyyətli statusunu verdi.

Tel.: (012) 492 00 80 

Faks: (012) 437 71 21 

www.vtb.az

VTB (Azərbaycan) ASC                                
Mətbuat xidməti 

Son xəbərlər
Digər xəbərlər