23 dekabr 2019-cu il tarixində keçirilən bank VTB (Azərbaycan)-ın səhmdarlarının növbədənkənar yığıncağının qərarına əsasən Dyaçenko Andrey Nikolayeviç bankın Müşahidə şurasının yeni üzvü təyin edilib.
Bu barədə Bankın press-relizində deyilir.
Bununla da Müşahidə şurasının tərkibi aşağıdakı qaydada təsdiqlənib:
- Bortnikov Denis Aleksandroviç – Müşahidə şurasının sədri
- Tsaryev Sergey Vladimiroviç – Müşahidə şurasının sədrinin müavini
- Dyaçenko Andrey Nikolayeviç – Müşahidə şurasının üzvü
Qeyd edək ki, hazırda Denis Bortnikov bank VTB (PSC)-nin prezidentinin-idarə heyətinin sədrinin müavini vəzifəsində çalışır, Sergey Tsaryev və Andrey Dyaçenko isə VTB (PSC)-nin idarəedici direktorlarıdır.