10 C
Baku
Thursday, December 12, 2024

“VTB Bank” rəhbəri Azərbaycan Prezidentinə məktub göndərib

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostin Prezidenti İlham Əliyevə məktub göndərib.

Banker.az-a bu barədə Prezidentin rəsmi internet səhifəsindən məlumat daxil olub.

Andrey Kostin doğum gününü münasibətilə Prezidenti “VTB Bank” idarə heyətinin kollektivi adından və öz adından təbrik edirib.

Məktubunda Rusiya ilə Azərbaycan arasında olan işguzar əlaqələrə toxunaraq iki tərəfli əlaqələrin genişlənməsini bildirib:

“İki ölkənin işgüzar dairələri arasında, o cümlədən maliyyə sahəsində münasibətlərin inkişafına Sizin daimi diqqətiniz ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə ciddi təkan verir.

Biz Rusiyanın sistemyaradıcı bankı olan VTB-nin kapitalında Azərbaycan Respublikası Dövlət Neft Fondunun iştirakını Rusiya ilə Azərbaycan arasında səmimi dostluğun, etimadın və səmərəli qarşılıqlı iqtisadi fəaliyyətin təsdiqi kimi yüksək qiymətləndiririk.”

Son xəbərlər
Digər xəbərlər