“Azərbaycandakı kommersiya banklarının verdikləri kreditlərin 76 %-i Bakının payına düşür, odur ki, regionlarda kreditlər əlçatan deyil”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Bakıda keçirilən “Bank mübahisələrinin uğurlu həlli yollar” mövzusunda Elmi-Praktik Konfransda bildirib.
“Regionlarda xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir. Paytaxtdan kənarda kreditləşmə imkanlarından kifayət qədər yaxşı istifadə edilmir”, – deyə o qeyd edib.
Bundan başqa, deputatın sözlərinə görə, Azərbaycanda istehlak kreditləşməsinin sürətlə artması da narahatlıq doğurur: “Bu ilin 5 ayında ölkədə 9 milyard manatdan çox istehlak və ipoteka kreditləri verilib. Biz nə qədər istehlak kreditlərinə önəm veririksə, bir o qədər də mübahisələr üçün zəmin yaradırıq”.