Təhlillər göstərir ki, büdə qaydasının digər göstərici olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti hədəf çərçivəsindədir.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Büdcə layihəsində dövlət orqanları əsas fiskal riskləri şərh edib. Palatanın təhlilləri həmin fiskal risklərin 5 ayda mənfi təsirlərlə reallaşmadığını, dürüstləşmənin bəzi riskləri aradan qaldırdığını göstərir”, – deyə o qeyd edib.