2 C
Baku
Sunday, December 15, 2024

Vüqar Gülməmmədov: “İlk dəfədir ki, büdcə kəsiri ilkin proqnoza nisbətən rekord məbləğdə artırılır”

Son illər Azərbaycanın dövlət büdcəsində aparılan dürüstləşmələr arasında ilk dəfədir ki, büdcə kəsiri ilkin proqnoza nisbətən bu qədər (rekord məbləğdə) artırılır.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Xatırladaq ki, Azərbaycanın yenidən baxılma ilə 2024-cü il büdcəsinin kəsirinin 764,3 milyon manat məbləğində böyüdülməklə 3 milyard 354,3 milyon manata çatdırılması nəzərdə tutulub. Kəsirin artımının 600 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı və 58,4 milyon manatı Məqsədli Büdcə Fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 % olacaq.

“Büdcənin həm neft, həm də qeyri-neft sektorları üzrə potensialının reallaşdırılması, xərclərin isə proqnozlara nisbətən az icra edilməsi ehtimalları büdcə kəsirinin proqnozlaşdırılan məbləğdən az olacağını deməyə imkan verir”, – deyə V.Gülməmmədov əlavə edib.

Son xəbərlər
Digər xəbərlər