Vüqar Namazov London Fond Birjasında səfərdə olub

Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin Sədri Vüqar Namazov London Fond Birjasında səfərdə olub.

Banker.az bu barədə BFB-nin yaydığı məlumata istinadən xəbər verir.

Səfər çərçivəsində London Fond Birjası və Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə hər iki ölkənin fond bazarları arasında əlaqələrin möhkəmlənməsi və inkişaf etdirilməsi istiqamətində görüşlər keçirilmişdir.

Görüşdə Listinq və kapital bazarları vasitəsi ilə maliyyələşmənin təşviqi, törəmə maliyyə alətlərinin ticarət zəncirinin təşkili, dövlət qiymətli kağızlarının ticarəti üzrə mövcud təcrübələr, ticarət sonrası institutlar arasında əlaqələrin gücləndirilməsi, blokçeyn texnologiyalarının tətbiqi sahələrində London Fond Birjasının təcrübəsinin öyərənilməsi ətrafında müzakirələr aparılmışdır.

Görüşün nəticəsi olaraq, Listinqi məhdudlaşdıran amillərin aradan qaldırılması və cəlbediciliyinin artırılması, maarifləndirici-təşviqedici tədbirlərin keçirilməsi, törəmə maliyyə alətlərinin ticarətinin təşkili, Azərbaycanın FTSE (Financial Times Stock Exchange) indeksinə klassifikasiya siyahısına daxil edilməsi istiqamətində razılaşma əldə edilmişdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər