Bəzi mətbu orqanlarda Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri – dəqiq göstərilməsi sistemə məlumatların daxil edilməsi zamanı tərəfimizdən xəta baş verməsi ilə əlaqədardır (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi).
Bunu DMX-nin rəisi Vüsal Hüseynov öz Feacebook-da deyib.
O qeyd edib ki, məlumatlara sistemdə artıq düzəlişlər edilib
“Bununla yanaşı saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapmışdır. Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləği 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır. Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq.
Mətbuat nümayəndələrinə bu məsələni anlayışla qarşılamağı və məlumatlarında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik”.