16 C
Baku
Thursday, May 2, 2024

Vüsal Qasımlı: “Rəqəmsal Ticarət Qovşağı ilin sonuna kimi tam gücü ilə fəaliyyət göstərəcək”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyası(ASK) cümə günü Rəqəmsal Ticarət Qovşağının təqdimatını keçiriblər. Bu barədə agentliyin müxbiri məlumat verib.

“Azərbaycan faktiki olaraq müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edir. Qovşağın yaradılmasında Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınıb. Rəqəmsal Ticarət Mərkəzi regional əhəmiyyət daşıyır”, – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, Rəqəmsal Ticarət Qovşağı bir neçə istiqamət üzrə fəaliyyət göstərəcək, ilk növbədə elektron imza, o cümlədən “ASAN İmza”nı qeyri-rezidentlərə təqdim edəcək.

“Bu, qeyri-rezidentlərə elektron imza və “ASAN İmza” əldə etdikdən sonra şirkət, bank hesabı açmaq, əməkdaşları işə götürmək və işdən azad etmək, həmçinin ixrac-idxal əməliyyatları həyata kecirməyə imkan verəcək. Rəqəmsal Ticarət Qovşağını yaratmaqla biz Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatı üçün açırıq”, – V.Qasımlı vurğulayıb.

O bildirib ki, Rəqəmsal Ticarət Qovşağının yaradılması ixrac-idxal əməliyyatlarının genişləndirilməsi və sərmayələrin cəlb olunması nöqteyi-nəzərindən böyük önəm kəsb edir.

“Rəqəmsal Ticarət Qovşağı çərçivəsində elektron pul kisəsi fəaliyyət göstərəcək, bu da xarici tərəfdaşlara təhlükəsiz qaydada və qısa zamanda elektron formada hesablaşmalar aparmağa imkan yaradacaq”, – o qeyd edib.

V.Qasımlının sözlərinə görə, həmçinin Rəqəmsal Ticarət Qovşağı çərçivəsində onlayn rejimdə ixrac əməliyyatları üçün “vahid pəncərə” funksiyası tətbiq olunacaq.

“Hazırda elektron imzaların qarşılıqlı tanınması dair Aİ, ABŞ, Ukrayna, Rusiya, Çin və digər ölkələrlə danışıqlar aparılır. Bu, azərbaycanlı sahibkarların dünya iqtisadiyyatına çıxışı imkanlarını sadələşdirəcək”, – o bəyan edib.

“Rəqəmsal Ticarət Qovşağının fəaliyyət göstərməsi üçün qüvvədə olan qanunvericiliyə bəzi dəyişikliklərin daxil edilməsi tələb olunur. Düşünürük ki, bu qısa müddətdə təmin ediləcək və Rəqəmsal Ticarət Qovşağı artıq 2017-ci il ərzində tam gücü ilə fəaliyyət göstərəcək”, – o vurğulayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər