3 C
Baku
Saturday, December 14, 2024

Wal-Mart-ın yaradıcısı kimdir?

Samuel Moore Walton (29 mart 1918 – 5 aprel 1992) amerikalı biznesmen və Wal-Mart və Sam’sClub mağazalar şəbəkəsinin yaradıcısıdır. 1985-1988-ci illərdə Forbes jurnalı onu Amerikanın ən varlı insanı hesab edirdi.

Böyük depressiya zamanı Samuel süd satmaq üzrə ailə biznesində iştirak edir. Onun vəzifəsi inəkləri sağmaq və südü müştərilərə çatdırmaq idi. Onun yeddi yaşı olduqda abunə jurnallar satmağa başlayır. 7-ci sinifdən təhsilinin sonuna qədər isə evlərə qəzet çatdırılması ilə məşğul olur. O həmçinin təhsil aldığı müddətdə dovşan və göyərçin bəsləyərək sonradan satırdı.

Daha sonradan onların ailəsi Missuri ştatına köçür və Samuel burada universitetə qəbul olur. Universitetdə onu ən yaxşı tələbə cəmiyyəti olan “Beta Teta Pi”-yə qəbul edirlər. Təhsil aldığı müddətdə o bir neçə şirkətlərdə işləmək təklifi alır və iş karyerasına başlayır.

Tezliklə 1942-ci ildə Samuel ABŞ-da hərbi xidmətə çağırılır. Lakin hərbi və döyüş fəaliyyəti ilə məşğul olmaq üçün onun ürəyi lazımi vəziyyətdə deyildi. Buna görə də o hərbidə ilk öncə leytenant, daha sonradan kapitan rütbəsi ilə təyyarə istehsalı ilə məşğul olan zavodda və ölkə ərazisində hərbi əsir düşərgələrində təhlükəsizliyə nəzarət edirdi.

walton_10

İlk Wal-Mart-ın yaradılması

İlk Wal-Mart mağazası 1962-ci ilin 2 iyulunda Arkanzas ştatının Rogers şəhərində açılır. Bu zaman Samuelin artıq 44 yaşı var idi. Wal-Mart adı hərflərin azlığına görə belə seçilmişdi – az hərf yazı lövhələrində daha ucuz başa gəlirdi.

1979-cu ilə kimi Wal-Mart mağazalarının sayı 230-a çatmışdı. Bu mağazaların illik gəlirləri isə 1 milyard dolları keçmişdi.

Zamanla Wal-Mart mağazalar şəbəkəsi ABŞ-da ən nəhəng mağazalara çevrildi. 1985-1988-ci illər ərzində o Amerikanın ən varlı insanı hesab edilirdi. Bill Gates isə 1992-ci ildə, yəni Samuel Walton-un ölümündən sonra bu statusa nail olmuşdu. Samuel Walton və həyat yoldaşı Helen Walton təhsil, dini və ictimai təşkilatlara  maliyyə yardımı göstərirdi. Bununla yanaşı, onlar zooparkların, kitabxanaların və idmana aid tikililərin inşasına pul ayırırdı.

Samuel Walton 5 aprel 1992-ci ildə miyelom xəstəliyindən dünyasını dəyişir. Forbes jurnalı Samuel Walton-un sərvətini 1992-ci ildə 58,6 milyard dollar olaraq qiymətləndirmişdi.

Samuel Walton şirkətdəki payını həyat yoldaşına və dörd övladına (Rob, Con, Cim və Elis) vəsiyyət edir. Rob Walton Wal-Mart şirkətinin direktorlar şurasının sədri olur. Con isə 2005-ci ilə, yəni vəfat edənə qədər şirkətin direktoru vəzifəsində çalışır.  Walton-lar ailəsi 2005-ci ilə qədər ABŞ-ın ən varlı insanları reytinqində ilk onluğun 5-ci pilləsində idilər.

Son xəbərlər
Digər xəbərlər