6 C
Baku
Sunday, December 15, 2024

“Walmart”ın eks-rəhbəri 400 mlrd. dollara səhrada “yaşıl şəhər” salacaq

Amerikanın “Walmart” adlı pərakəndə satış şəbəkəsinin keçmiş direktoru Mark Lor 5 milyon əhalisi olan “yaşıl” Telos şəhərini qurmağa qərar verib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Aqlomerasiyada ətraf mühitə zərər verməyən infrastruktur yaratmaq planlaşdırılır. Verilən məlumata görə, tikinti işlərinin birinci mərhələsi 2030-cu il üçün nəzərdə tutulur.

Mark Lor – uğurlu iş adamı, “Jet.com” elektron kommersiya saytının keçmiş sahibi və ABŞ-ın ən böyük pərakəndə satış şəbəkəsinin keçmiş rəhbəridir. Onun sözlərinə görə, birinci mərhələdə tikintiyə 25 milyard dollar sərmayə qoyulacaq.

Telos dünyanın ən təhlükəsiz və qonaqpərvər şəhəri olacaq. O elə qurulacaq ki, evdən işə və ya təhsil müəssisəsinə yol 15 dəqiqədən çox çəkməyəcək. Məskunlaşma sahəsi olaraq Nevada, Yuta, Aydaho, Arizona, Texas və Appalaçi dağları nəzərdən keçirilir.

Tikintidə ekoloji cəhətdən təmiz materiallardan istifadə olunacaq, binaların fasadları isə yaşıl bitkilərlə ötürüləcək. Şəhərdə insanlar velosiped, elektrikli dron, aerotaksi vasitəsilə və ya piyada hərəkət edəcək.

Lor ekvitizm – əhalinin büdcə bölgüsündə iştirak etdiyi yeni sosial-iqtisadi model -tərəfdarı olduğunu söyləyib. Şəhər torpağının bütün sakinlər arasında bərabər bölünəcəyi güman edilir.

Son xəbərlər
Digər xəbərlər