-3 C
Baku
Sunday, December 15, 2024

“Warrant” nədir?

Warrant – alıcıya müəyyən müddət ərzində müəyyən edilmiş qiymətə səhm almaq hüququnu verən qiymətli kağızdır. Bəzən ona “şirinləşdirici” də deyirlər, çünki varrantlar tez-tez istiqrazlarla birlikdə verilir.

Varrantlar 1970-ci il aprelin 13-dən Nyu-York Fond Birjasında (NYSE) siyahıya alınıb. Lakin 2017-ci ilin əvvəlində bu birjada onların sayı cəmi 20 olaraq qeyd edilib. Varrantlar Avropada hələ də məşhurdur.

Nüanslar

Varrant həmişə bir səhmə bərabər deyil, onun konversiya əmsalı var – məsələn, 3:1. Bu o deməkdir ki, bir səhm almaq üçün üç varrant lazımdır.

Varrant sahibləri, səhmdarlardan fərqli olaraq, səs vermək və dividend almaq hüququna malik deyillər.

Fakt
Anbar tərəfindən malların saxlanmasına dair verilənsənədə də varrant deyilir.

Son xəbərlər
Digər xəbərlər