8 C
Baku
Friday, December 13, 2024

“Western Union” Rusiya və Belarusda $11 mln. itirib

Beynəlxalq pul köçürmələri sistemi “Western Union” şirkətin 2022-ci ilin birinci rübü üçün maliyyə hesabatlarına əsasən, Rusiya və Belarusu tərk etməkdən itkiləri 11 milyon dollar qiymətləndirib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Xatırladaq ki, “Western Union” martın 10-u Ukraynadakı hadisələrin fonuna Rusiya və Belarusdan çıxdığını açıqlamışdı. Şirkət qərar qəbul edərkən “maraqlı tərəflərlə dialoq apardığını” və “daxili, eləcə də xarici amilləri” nəzərdən keçirdiyini bildirir.

Amerikanın “Western Union” şirkəti – transsərhəd pul köçürmələri bazarında ən böyük oyunçulardan biridir. Fevralın əvvəlində şirkət aprelin 1-dən Rusiya daxilində əməliyyatların dayandırılması barədə tərəfdaş banklarını xəbərdar edib.

Son xəbərlər
Digər xəbərlər