-3 C
Baku
Sunday, December 15, 2024

“WeWork” un təsisçisi direktorlar şurasının təzyiqi ilə istefa etdi

“WeWork” əməkdaşlıq şəbəkəsinin həmtəsisçisi Adam Neumann, direktorlar şurasının təzyiqi ilə şirkətin baş direktoru vəzifəsindən istefa edib.

Banker.az xəbər verir ki, bu barədə “WeWork” un açıqlamasında bildirilib.

“Bizim biznesimiz heç vaxt indikindən güclü olmasa da, son həftələrdə mənə yönəlmiş diqqət yayındırıcı faktor rolunu oynayıb və mən istefa etmək qərarına gəldim”, – deyə Neumann qeyd edir.

Şirkətin həmsədrlərinin mövqelərini maliyyə direktoru Arti Minson və direktorlar şurasının keçmiş sədri Sebastyan Ganningham tutacaq.

Xatırladaq ki, yanvar ayında “WeWork” 47 milyard dollar dəyərində qiymətləndirilmişdir və bu, amerikan İT startapları arasında ən yüksək göstərici olmuşdur. Şirkətin tərəfdaşları arasında Yaponiyanın “SoftBank” təşkilatı da var (10,7 milyard dollar sərmayə qoyub). Lakin listinqə hazırlaşdığı dövrdə “WeWork”-un reytinqi əvvəlcə 20 milyard dollara, sonra isə daha aşağı səviyyəyə endirilib. Bu səbəbdən şirkət  IPO-nu təxirə salmaq qərarına gəlib.

İcraçı direktoru vəzifəsindən istefa etmiş Adam Neumann, direktorlar şurasının verdiyi qərarların az bir hissəsinə nəzarət edəcək və şura daxilində komitələrin formalaşmasına heç bir təsir göstərə bilməyəcəkdir.

Son xəbərlər
Digər xəbərlər