25 C
Baku
Saturday, July 27, 2024

“WhatsApp”-dan “Instagram”-a mesaj yazmaq mümkün olacaq

“Facebook” şirkəti “Instagram” ilə “WhatsApp” və “Messenger” tətbiqlərini birləşdirmək niyyətindədir.

Banker.az saytı məlumat üçün bildirir ki, bu, Mark Zuckerbergin planıdır. Lakin bu tətbiqlər arasındakı inteqrasiya 2020-ci ildən tez bitməyəcək.

Sözügedən hər 3 tətbiq həmişəki kimi ayrı-ayrılıqda çalışacaq. Lakin onların mesajlaşma infrastrukturları dəyişəcək.

Başqa sözlə desək, məsələn “Messenger” istifadəçisi “Messenger”-dən çıxmayaraq “Instagram”-dakı dostuna mesaj yaza biləcək. Bununla belə Zuckerberg bütün mesajların end-to-end şifrələnməsini istəyir.

Məlumata əsasən bu layihə hələki çox erkən mərhələdədir. Bu layihə ilə məşğul olan komandanın sözlərinə əsasən onlar layihəni ya bu ilin sonuna yada gələn ilin əvvəlinə sonlandırmağı planlaşdırırlar.

Məlumata əsasən tərtibatçılar “Messenger”, “Instagram” və “WhatsApp”-ın kodlarında baza dəyişiklikləri etməli olacaqlar.

 ©technote.az

Son xəbərlər
Digər xəbərlər