Banker.az saytının rus mətbuatına istinadən verdiyi xəbərə görə, Facebook şirkətinə məxsus WhatsApp messenceri istifadəçilər arasında birbaça pul köçürmələri funksiyasının işə salınmasına hazırlaşır.
TechCrunch nəşrinin isə verdiyi məlumata görə, yeni xidmət ilk olaraq Hindistanda, yəni WhatsApp üçün ən nəhəng bazarda əlçatan olacaq. Belə ki, burada 200 milyondan çox insan bu messencerdən istifadə edir.
Ödəniş prosesinin həyata keçirilməsinə isə Hindistan rəhbərliyi tərəfindən dəstəklənən UPI- beynəlxalq ödəniş sistemi cavabdeh olacaq. Qeyd edək ki, WhatsApp Hindistanı inkişaf üçün ən prioritet regionlardan biri hesab edir.
Facebook Messenger-də isə pul göndərə bilmək funksiyası hələ 2015-ci ildə işə salınmışdı. Pul köçürməsi sosial şəbəkə istifadəçisinin Visa və yaxud MasterCard kartının öz hesabı ilə əlaqələndirilməsindən sonra mümkündür.