4 C
Baku
Friday, March 29, 2024

“WhatsApp” messencerinin kamerasında yeni funksiya

“WhatsApp” messencerinin kamerasında yeni funksiyalar yaradılıb. 

Vistanews saytına istinadən məlumatına görə, artıq “Facebook” şirkətinə məxsus populyar mobil əlavə istifadəçilərə fotoşəkilləri və video çarxları birbaşa olaraq proqramın daxilində redaktə etməyə imkan verəcək.

“WhatsApp” messencerinin tərtibatçıları qeyd ediblər ki, kameranın yeni funksiyaları sayəsində onların proqram məhsulu rahat məlumat mübadiləsi və görüntü ilə işləmək imkanlarını birləşdirib. Bunun sayəsində proqram yeni keyfiyyət səviyyəsinə keçib.

Yenilənmə sayəsində foto şəkilin üzərində müxtəlif stillərdə mətn qurmaq, şəkil çəkmək, smayylar və stikerlər yapışdırmaq mümkün olacaq. Mütəxəssislər bildirir ki, yeni funksiya əlavəni “Snapchat” proqramı ilə oxşar edib.

Bundan başqa, hazırda messencerdə kameralar arasında keçid etmək və oradakı kadra miqyas vermək mümkündür.

 

Son xəbərlər
Digər xəbərlər