9 C
Baku
Friday, December 13, 2024

“WhatsApp”da statuslarla bağlı 5 yenilik

“WhatsApp” messencerində statuslar üçün yenilik buraxılıb. Səsli statuslar yaratmaq, həmçinin istifadəçi statuslarını görən auditoriyanı məhdudlaşdırmaq mümkün olub. Seçilmiş auditoriya yadda saxlanılacaq və növbəti status yeniləməsində istifadə olunacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Məlumata əsasən, səsli statusların uzunluğu 30 saniyə qədər ola bilər. Əgər statusa hər hansısa sayta keçid əlavə olunursa, istifadəçilər avtomatik olaraq səhifənin ön görünüşünü görəcəklər, yəni linkə klikləməklə hansı saytda daxil olacaqlarını əvvəlcədən biləcəklər.

Bundan əlavə, kontaktda olan insanların yeni status paylaşdığını dərhal görmək olacaq, çünki bu halda onların statusu “Instagram”ın “Hekayələr”ində olduğu kimi dairəyə alınacaq.

Dostların və digər kontaktların status yeniləmələrinə asanlıqla və tez cavab verməyə imkan verəcək reaksiyalar yaradılıb. Statusa reaksiya bildirmək üçün ekranı yuxarı sürüşdürmək və səkkiz emojidən birinə toxunmaq lazımdır.

Yeniləmə artıq buraxılıb və tədricən bütün istifadəçilər üçün əlçatan olacaq.

323418240 3262310910698209 2397522511163066776 n kopiya 1675769646 1536x768 1

Son xəbərlər
Digər xəbərlər