23 C
Baku
Thursday, April 25, 2024

“WhatsApp”da bəzi ismarıclar ünvana çatmır

İstifadəçilər “WhatsApp” tətbiqinin işində problemlərlə üzləşiblər.

Bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən Almaniya, Böyük Britaniya, İtaliya, Braziliya, Kolumbiya və Peruda qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin şikayətlərinin 78 faizi ismarıcların göndərilməsi və alınması ilə bağlı problemlərlə, 18 faizi şəbəkəyə bağlanmaqla əlaqəli problemlərlə, 3 faizi isə digər istifadəçilərin son fəaliyyətlərinin göstərilməsində problemlərlə üzləşiblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər