“WhatsApp” messencerində bu gün baş verən nasazlıqların səbəbi bilinib.
Bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb.
Bildirilib ki, bu “Meta” şirkəti tərəfindən buraxılan texniki səhvdən baş verib.
“Biz bilirik ki, insanlar bu gün “WhatsApp”da mesaj göndərməkdə çətinlik çəkiblər. Problemi aradan qaldırdıq və yaranan narahatlığa görə üzr istəyirik. Qısamüddətli problem bizim tərəfimizdən texniki nasazlığın nəticəsi idi”, – deyə şirkət bildirib.
“WhatsApp”da problemlər dünyanın əksər ölkələrində müşahidə olunub.
On minlərlə istifadəçi mesaj göndərərkən, serverə qoşulma problemlərindən şikayətlənib.