19 C
Baku
Sunday, May 5, 2024

“WhatsApp”da məlumatları gizlətmək mümkün olacaq – Yeni funksiya

“WhatsApp” daha bir yeniliyin tətbiqinə hazırlaşır.

Mesencer “son görülmə” statusunu artıq müəyyən edilmiş kontaktlardan gizlətməyə imkan verən yeni seçimi sınaqdan keçirir.

Hazırda “beta” versiyasında olan yenilik istifadəçilərin əksəriyyətinin çoxdankı arzusudur. Bu yeniləmə həm də profil şəklini və “Haqqımda” bölməsini müəyyən kontaktlardan gizlətməyə imkan verir. Bunun üçün “Parametrlər” > “Hesab” > “Məxfilik” > “…dan başqa kontaktlarım” bölmələrindən keçilməli və adlar qeyd edilməlidir.

MənbəModern
Son xəbərlər
 ⁠
Digər xəbərlər