15 C
Baku
Wednesday, May 15, 2024

“WhatsApp”da paylaşılan statuslar “Facebook”a da düşəcək

“WhatsApp” messencerinin tərtibatçıları statuslarla bağlı populyar funksiyanı təkmilləşdirəcəklər. Bu barədə “WABetaInfo” portalı yazıb. Resursun məlumatına görə, “WhatsApp”da paylaşılan statuslar avtomatik olaraq “Facebook”a da düşəcək.

Portalın ekspertləri bildiriblər ki, funksiya statusun məxfilik parametrlərində mövcud olacaq. “WABetaInfo” qeyd edir ki, gələcəkdə “WhatsApp”da paylaşınan statuslar avtomatik olaraq “Instagram”da da paylaşılacaq.

Hazırda bu opsiya “WhatsApp”ın iOS 23.7.0.75-in beta versiyasında mövcuddur. Funksiya inkişaf mərhələsindədir və gələcək yeniləmədə buraxılacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər