23 C
Baku
Friday, April 26, 2024

“WhatsApp”da yeni funksiya yaradılıb

“WhatsApp” qruplarda ünsiyyəti daha da sadələşdirməyin yolunu tapıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“İcmalar” funksiyası bir neçə əlaqəli qrupları vahid virtual mühitdə birləşdirməyə deyil, həm də onu effektiv idarə etməyə imkan verir.

Məsələn, bir yaşayış kompleksinin müxtəlif qrupları vahid bir icmada birləşəcək. Məktəblilərin valideynləri də eyni şeyi edə biləcəklər – vacib elanlara həsr olunmuş qrup yaradacaqlar.

Bundan əlavə, messencerin rəhbərliyi icmaların üzvü olub-olmamasından asılı olmayaraq qrupların özləri üçün yeni funksiyaların yarandığını açıqlayıb:

– Reaksiyalar. Mesaja “smile” vasitəsilə reaksiya bildirmək mümkün olacaq;

– Administrator tərəfindən mesajların silinməsi;

– Fayl mübadiləsi;

– Zəng iştirakçılarının sayını 32 nəfərədək artırılması.

Təşkilatçıların fikrincə, icmalar yüz minlərlə insandan ibarət qruplar üçün uyğun deyil və daha çox gündəlik problemləri həll etmək niyyətində olan istifadəçilərə yönəlib. İcmaların yaradılmasının nə vaxt mümkün olacağı ilə bağlı dəqiq təfərrüatlar daha sonra açıqlanacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər