22 C
Baku
Friday, April 26, 2024

”WhatsApp”dan növbəti yenilik

“WhatsApp” mobil tətbiqi insanların asanlıqla mesaj yaymasının qarşısını almaq məqsədilə mesajların bir istifadəçidən digərinə ötürülməsi funksiyasında dəyişiklik edib.

Dəyişiklik həqiqəti əsk etdirməyən məlumatların və koronavirusla (COVID-19) bağlı dezinformasiyanın yayılmasının qarşısını almaq məqsədi güdür.

Yeni xüsusiyyət artıq dəfələrlə ötürülən mesajların növbəti dəfə ötürülməsini çətinləşdirəcək.

Belə ki, bir mesaj artıq beş dəfə ötürülübsə, iki kiçik ox işarəsi mesajın üstünə əlavə olunur və onu alan hər kəsə göstərilir (Bu dəyişiklik yeni deyil). Lakin həmin mesajlar eyni anda 5 nəfərə ötürülə bilirdisə, artıq yalnız 1 istifadəçiyə ötürülə biləcək. Bu yeniliyin isə mesajların kütləvi şəkildə ötürülməsini daha çətin və yavaş bir prosesə çevirməklə insanları fikrindən daşındıracağı gözlənilir.

Qeyd edək ki, ”WhatsApp” ötürülmüş mesajları qəbul edən şəxslər üçün həmin mesajları bir kliklə vebdə axtarmağa imkan verən yeni funksiyanın tətbiqini də nəzərdən keçirir. Bu, ötürülən hər hansı bir məlumatı asanlıqla araşdırmağa və insanlara bir şeyi yaymazdan əvvəl onun həqiqəti əks etdirib-etdirmədiyini yoxlamağa imkan verəcək.

©Qazet.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər