2 C
Baku
Saturday, December 14, 2024

“Windows 11″in rəqəmsal lisenziyalarının satışına başlanılıb

Windows 11-in istifadəyə verilməsindən səkkiz aydan çox vaxt keçməsinə baxmayaraq, “Microsoft” əməliyyat sisteminin bu versiyasını quraşdırmaq üçün rəqəmsal lisenziyaları hələ satmayıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Daha əvvəl istifadəçilər ya ƏS-in qutulu versiyasını ala, ya yeni kompüterlə birlikdə sistem əldə edə, ya da mövcud Widnwos 10-u yeniləyə bilərdilər. İndi məlum olub ki, istifadəçilər öz kompüterlərində Windows 11 Pro və Windows 11 Home sistemlərini quraşdırmaq üçün rəqəmsal lisenziyalar əldə edəcəklər.

Beləliklə, hər kəs Windows 11 Home-u 139 dollara və ya Windows 11 Pro-nu 200 dollara ala bilər. Təbii ki, istehsalçılar son istifadəçilərin mövcud cihazlarda ƏS-ni yeniləmək əvəzinə yeni kompüterlər almasında maraqlıdırlar. Bununla belə, müəyyən hallarda Windows 11-in birbaşa quraşdırılması üçün lisenziya almaq imkanı çox populyar ola bilər.

Son xəbərlər
Digər xəbərlər