Almaniyanın “Wintershall Dea” neft və qaz şirkəti Rusiya hökumətinin qazın yuxarı qiymətlərinin tətbiqi barədə qərarından sonra Rusiya bazarını tərk etmək qərarını açıqlayıb.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
“Wintershall Dea”nın Rusiyanı tərk etməkdən ümumi itkisi 5.3 milyard avro olaraq qiymətləndirilir.
Bundan əvvəl Rusiya hökuməti Urenqoyskoye və Yujno-Russkoye yataqlarından Avstriyanın “OMV” və Almaniyanın “Wintershall Dea” şirkətləri ilə birgə müəssisələrdən alınan qazın qiymətinə limit qoyub.