12 C
Baku
Wednesday, December 11, 2024

“Wirecard” fintex startapının keçmiş rəhbəri 2 mlrd. dolların itməsindən sonra istintaqa təslim oldu

Almaniyanın “Wirecard” fintex startapının keçmiş rəhbəri Markus Braun çərşənbə axşamı günü istintaqa təslim olub. Xatırladaq ki, o, məlumatların saxtalaşdırılması və bazarı idarə etmək cəhdi şübhəsi ilə tutulub.

Banker.az xəbər verir ki, bu barədə Münhen prokurorluğuna istinadən “Financial Times” məlumat verib.

Ötən həftə Braun şirkətin maliyyə hesabatlarında uyğunsuzluqlar aşkar edildikdən sonra “Wirecard”ın baş direktoru vəzifəsindən istefa etmişdir. Şirkətin auditoru E&Y hesablarda 1,9 milyard avro (2,1 milyard dollar) məbləğin çatışmadığını aşkar edib. Bu vəsaitin Filippindəki iki bankda olduğu güman edilsə də, iyunun 21-də Filippin Mərkəzi Bankının rəhbəri “Wirecard”ın bu bankların müştərisi olmadığını bildirdi. Bundan sonra fintex startapın idarə heyəti bu pulların, ehtimal ki, heç vaxt mövcud olmadığını təxmin etdi.

Qeyd edək ki, “Wirecard” Almaniyanın texnoloji startaplar bazarında “ulduz” hesab olunurdu. 1999-cu ildə təsis edilən bu şirkət, 2018-ci ildə Almaniyanın 30 ən böyük şirkəti siyahısına daxil ola bilmişdir.

Lakin 2019-cu ildə “Financial Times” jurnalistləri “Wirecard”ın Sinqapur filialındakı maliyyə kağızlarında uyğunsuzluq tapdı, xüsusilə saxtalaşdırılmış müqavilələr və müəmmalı sövdələşmələr. O vaxtdan bəri bu məsələ ilə bağlı istintaq prosesi gedib.

Son xəbərlər
Digər xəbərlər