15 C
Baku
Thursday, May 16, 2024

“Wizz Air”in Azərbaycanın regionlarından uçuşlara başlaması müzakirə olunub

Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air”in icraçı vitse-prezidenti Ovein Jonsun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla görüşüb.

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın da iştirak etdiyi görüşdə “Wizz Air”lə əməkdaşlıq məsələləri müzakirə olunub.

Bakı və regionlardakı hava limanlarına şirkətin uçuşlarının sayının artırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qonaqlara ölkəmizdə aviasiya sahəsində həyata keçirilən işlər haqqında ətraflı məlumat verib. O.Jons ölkəmizə və region üzərindən uçuşların artırılmasında maraqlı olduqlarını bildirib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər