7 C
Baku
Thursday, December 12, 2024

Worldcard-dan 500 manatlıq təyyarə bileti!

Yapı Kredi Bank Azərbaycan Worldcard müştəriləri üçün təzəlikcə təqdim etdiyi #yayfursetleri layihəsi çərçivəsində “Worldcard-dan 500 manatlıq təyyarə bileti” adlı yeni stimullaşdırıcı lotereya kampaniyasına başlamışdır.

Belə ki, 1 iyun-31 avqust tarixləri arasında davam edəcək kampaniya zamanı ölkə xaricində 50 manatdan çox alış-veriş edən hər kəs lotereyada iştirak edərək qalib 15 nəfərdən biri ola biləcək. Qeyd edək ki,  ölkə xaricində edilən alış-verişin hər 50 manatı 1 şans qazandırır. Lotereya çəkilişləri 1-30 iyun 2014-cü il tarixlərində edilən alış-verişlər üçün 4 iyul 2014, 1-31 iyul 2014-cü il tarixlərində edilən alış-verişlər üçün 4 avqust 2014, 1- 31 avqust 2014-cü il tarixlərində edilən alış-verişlər üçün isə 4 sentyabr 2014-cü il tarixlərində olacaq.

Qeyd edək ki, Worldcard yayın gəlişi ilə əlaqədar #yayfursetleri layihəsinə start vermişdir. Layihə çərçivəsində iyun, iyul, avqust aylarında Worldcard müştəriləri üçün xüsusi yay kampaniyaları təklif edilir. Bu layihədə məqsəd Worldcard sahibi olanlara yay aylarında edəcəkləri tətildə xüsusi fürsətlər təqdim etməkdir. Belə ki, istər ölkə xaricində, istərsə də Azərbaycan daxilində World Üzv Ticarət Obyektlərində  Worldcard-la alış-verişləri hissə-hissə etmək və daha çox bal qazanmaq mümkündür. Layihəyə qoşulub onun imkanlarından istifadə etmək üçün isə heç bir şərt tələb edilmir. Bu layihə bütün Worldcard istifadəçilərinə şamil edilir.

Yay fürsətləri çərçivəsində keçirilən kampaniyalar haqqında ətraflı məlumat əldə etmək olduqca asandır. Yay aylarında Facebook, Twitter və Instagram sosial şəbəkələrində #yayfursetleri hashtag-i ilə axtarış edib bütün fürsətləri bir pəncərədə görüntüləmək mümkündür.

Worldcard əldə etmək artıq daha asandır, əgər Worldcard sifariş etmək istəyirsinizsə, əlavə zaman sərf etməyə, növbə gözləməyə ehtiyac yoxdur. Online olaraq  www.worldcard.com.az saytından müraciət formunu doldurmaq  kifayətdir. Əlavə olaraq yeni kampaniya şərtlərinə görə 1-30 iyun tarixləri arasında online müraciətlə Worldcard əldə edənlər ilk ilin üzvlük haqqını ödəməyəcək və  əlavə olaraq 25 manat hədiyyə bal qazanacaqlar.

Azərbaycanın qazandıran kredit kartı olan Worldcard geniş alış-veriş şəbəkəsi ilə sizlərə  bu kimi fürsətləri təqdim etməkdən qürur duyur.

Ətraflı məlumat almaq üçün hər zaman yenilənən www.worldcard.com.azhttps://www.facebook.com/YapiKrediWorldAZ internet səhifələrinə, eyni zamanda  isə 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər