“Boeing” və ABŞ-ın Federal Aviasiya İdarəsi, 737 MAX təyyarələrinin uçuşlarını bərpa etmək məqsədilə digər ölkələrdən razılıq əldə etməyi planlayırlar. Bu haqda The Wall Street Journal xəbər verir.
Nəşrə görə, ABŞ Braziliya, Çin, Avropa Birliyi, Kanada, İndoneziya və Birləşmiş Ərəb Əmirlikləri nümayəndələrinin iştirakı ilə qrup yaradıb.
Qeyd edildiyi kimi, bu addım dünyanın “Boeing” şirkətinə qarşı etimadını qaytarmaq məqsədini daşıyır.
Xarici iştirakçılarının iştirakı ilə aprel ayında qrupun ilk toplantısı keçiriləcəkdir.
Daha əvvəl KİV-lər “Boeing” şirkətinin bir dənə də olsun 737 modelini sata bilmədiyini qeyd etmişdir.