Səudiyyə Ərəbistanın “Public Investment Fund” (PIF) suveren fondu, Avropanın dörd neft şirkətinin səhmlərini 1 milyard dollara satın alıb.
Banker.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) yazır.
Qeyd edildiyi kimi, son həftədə fond İngiltərə və Hollandiyanın “Royal Dutch Shell” (2,17%), Norveçin “Equinor” (3,4%), İtaliyanın “Eni” (0,49%) və Fransanın “Total” (1,87%) şirkətinin səhmlərini əldə edib.
Qəzetin yazdığına görə, Ər-Riyad koronavirus pandemiyasının yayılması nəticəsində kotirovkaların aşağı düşməsindən öz xeyrinə istifadə edib. Belə ki, 2019-cu ilin əvvəlindən “Equinor” 23%, “Royal Dutch Shell” – 35%, “Total” – 31%, Eni isə 33% ucuzlaşıb.
Qeyd edək ki, PIF Səudiyyə Ərəbistanının ən böyük suveren fondudur. İnvestisiya fondu ölkə iqtisadiyyatını stimullaşdırmaq məqsədilə 1971-ci ildə yaradılmışdır.