2019-cu ildə “Facebook”un qurucusu Mark Zuckerberg ABŞ-ın səlahiyyətli nümayəndələrinə Çinin texnologiya şirkətlərinin yaratdığı təhlükələr barədə xəbərdarlıq etmişdir. Banker.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Nəşrin verdiyi məlumata görə, Zuckerberg ABŞ prezidenti Donald Trampa Çinin texnologiya şirkətlərinin yüksəlməsinin Amerika biznesi üçün təhdid olduğu barədə məlumat verib.
Bundan əlavə, sahibkar Corctaun Universitetində tələbələr qarşısında çıxış edərək, “TikTok”un Amerikanın dəyərlərini bölüşmədiyini vurğulayıb.
Xatırladaq ki, daha əvvəl ABŞ hakimiyyəti “TikTok”un sentyabrın 15-dək Amerika şirkəti tərəfindən satın alınmadığı təqdirdə, fəaliyyətini dayandırmağa qərar verib. ABŞ-ın xüsusi xidmət orqanlarının iddialarına görə, “TikTok”un rəhbərliyi istifadəçilərin şəxsi məlumatlarını Çin hakimiyyətinə ötürür.