3 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Xətai rayonu icra başçısının yeni təyin olunmuş 33 yaşlı birinci müavini kimdir?

Banker.az bu gün yaydıöı xəbərə gərə 33 yaşlı Anar Səmədov, Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısına birinci müavin təyin edilib.

Səmədov Anar Qorxmaz oğlu, 12 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə orta məktəbi bitirib. 2005-2010-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakultəsində bakalavr təhsili alıb və 2010-2011-ci illər ərzində ordu sıralarında qulluq edib.

2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsində, 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə magistr təhsili alıb.

2011-ci ildən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Şəhər təsərrufatı şöbəsində, 2012-ci ildən isə Bakı şəhər İcra Hakimiyyətinin Aparatında, 2013-cü ildən Bakı şəhər İcra Hakimiyyətinin Aparatının Şəhər təsərrufatı, Sosial-İqtisadi İnkişafin Təhlili və Proqnozlaşdırması şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
2013-2018-ci illərdə Azərbaycan Respublikası Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Layihələrə baxılması , Müraciətlər və Sənədlərlə İş şöbəsinin müdiri, 2018-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəis müavini vəzifəsini icra etmişdir.
Dövlət qulluğunun kiçik müşaviridir.

Ailəlidir. 2 övladı var.

1 Dekabr 2020-ci il tarixdən Xətai rayon İcra Hakimiyyəti Başçısının birinci müavinidir.

Son xəbərlər
Oxşar xəbərlər