Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısına birinci müavin təyin edilib.
Bununla bağlı adıçəkilən rayonun başçısı Rafiq Quliyev müvafiq əmr imzalayıb, bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, icra başçısnın yeni birinci müavini Anar Səmədov Qorxmaz oğludur.
Qeyd edək ki, Xətai RİH-də başçının 1-ci müavini vəzifəsində 2013-cü il dekabrından 2019-cu ilin noyabrınadək hazırkı icra başçısı R.Quliyev çalışıb. Prezident bir il öncə müvafiq sərəncamla R.Quliyevi Xətai RİH-nə başçı təyin etmişdi.