17 C
Baku
Sunday, May 26, 2024

Xəzər dənizinin səviyyəsinin azalması limanların işini təhlükə altına salacaq

Xəzər dənizinin səviyyəsində azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, limanların istehsalat gücləri təhlükə altına düşəcək, xüsusi ilə də bu Aktau və Ələt limanlarına aiddir.

Bu barədə Dünya Bankının xüsusi hesabatında göstərilir.

“Son onilliklərdə bir çox ekspertlər Xəzər dənizinin səviyyəsinin dəyişməsini proqnozlaşdırmağa çalışsalar da, onların əksəriyyəti uğursuzluğa düçar olub”, – hesabatda qeyd olunub.

Bildirilib ki, hazırda dəniz səviyyəsi xüsusilə aşağıdır ki, bu da limana yaxınlaşmalarda naviqasiya və yanalma körpülərində gəmilərin istismarı ilə bağlı problemlərin artmasına səbəb olur.

“Xəzərdə bir çox gəmilər artıq tam gücü ilə işləyə bilmir. Bu azalma tendensiyası 2023-cü ildən sonra da davam edərsə, bu, xüsusilə Aktau və Bakı-Ələt limanlarının aşırma imkanlarına xələl yetirəcək və onları risk altında qoyacaq”, – hesabatda vurğulanır.

Sənəddə qeyd olunur ki, bu kontekstdə Dünya Bankı 2023-cü ildə Xəzər dənizinin səviyyəsinin proqnozlaşdırılmasına yeni yanaşmanın, eləcə də təsirə məruz qalmış limanlar üçün yeni dərinləşdirmə strategiyalarının, eləcə də təsirlərin azaldılması tədbirlərinin təklif edilməsinə yönəlmiş bir sıra tədqiqatlara başlayıb.

Dünya Bankının tədqiqatları çərçivəsində ilk nəticələr 2024-cü ilin ortalarında əldə olunacaq və 2025-ci ilin əvvəlində başa çatacaq.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər