23 C
Baku
Tuesday, April 23, 2024

Xəzər Rayonuna yeni icra başçısı təyin olundu

Elşən Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Banker.az bu barədə Prezidentin rəsmi səhifəsinə istinadən xəbər verir.

“Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin” – deyə, Prezidentin sərəncamında qeyd edilir.

Qeyd edək ki, Salahov buna qədər icra başçısının I müavini idi və o bu vəzifəyə ötən ilin sentyabrında gətirlimişdi. Belə ki, 2018-ci ilin sentyabrında Prezidentin müvafiq sərəncamı ilə Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsənov Vaqif Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu və onun yerinə Xəzər rayon icra başçısı Gülağa İslamovun (əvəliki icra başçısı) əmri ilə E.Salahov təyin edilmişdi.

Xatırladaq ki, Prezidentin 21 dekabr 2018-ci il tarixli sərəncamla Gülağa İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etdikdən sonra bu günə qədər bu vəzifə vakant idi.

G.İslamov, Azərbaycan Respublikası Prezidentinin (həmin vaxt Heydər Əliyev) 25 yanvar 1995-ci il tarixli Fərmanı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər