21 C
Baku
Monday, May 20, 2024

Xəzər rayonunun icra başçısı işdən çıxarılıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, 19 dekabrda onun 70 yaşı tamam olmuşdu və bu münasibətlə Prezident İlham Əliyev onu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdi. (ətraflı link)

Xatırladaq ki, O, Azərbaycan Respublikası Prezidentinin (həmin vaxt Heydər Əliyev) 25 yanvar 1995-ci il tarixli Fərmanı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər