32 C
Baku
Tuesday, July 23, 2024

Dövlət xəzinəsi bu ilin ilk beş ayında fond bazarından ₼1.35 mlrd. borc cəlb edib – Dİ-lərin isə gəlirliliyi artır

Azərbaycanın dövlət xəzinəsi 2024-cü ilin ilk 5 ayında 1 mlrd. 354.75 mln. manatlıq borc cəlb edib.

Banker.az xəbər verir ki, bu barədə Bakı Fond Birjasının açıqlamasında qeyd edilib.

Xəzinəyə bu borc vəsaitləri Maliyyə Nazirliyinin xətti ilə 1 ildən 7 ilə qədər tədavül müddəti olan dövlət istiqrazlarının (Dİ) emissiyası ilə baş tutur.

Cari ilin ilk beş ayında qeydə alınmış bu rəqəm 2023-cü ilin analoji dövründəki 801.58 mln. manatdan 553.16 mln. manat və ya 69 faiz çoxdur.

Cari ildə Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsinin endirilməsinə dair iki dəfə qərar verib, lakin bu, dövlət istiqrazları gəlirliliyinin düşməsinə təsir etməyib. Bir illik dövlət istiqrazlarının gəlirliliyi 2024-cü ildə 6%-in altından 8%-in üstünə yüksələrkən, iki illik 7%-dən 8%-in üstünə, üç illik isə 7%-in altından 9%-ə yaxın məsafəyə qədər yüksəlib. Dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi o halda baş verir ki, hərracda ona olan tələb təklifdən daha yüksək olur.

Maliyyə Nazirliyi BFB-yə bu il uzunmüddətli dövlət istiqrazları olan 5 və 7 illikləri isə emissiya etməyib.

Son xəbərlər
Digər xəbərlər