Prezident İlham Əliyev Xələf Xələfovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Eləcə dı oxu: Prezident icra başçısını vəzifəsindən azad etdi – sərəncam
Nazirlikdən RealTV-yə bildorilib ki, Xarici işlər nazirinin müavini vəzifəsindən azad edilən Xələf Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri təyin olunub.
X.Xələfov 1997-ci ildən xarici işlər nazirinin müavini vəzifəsini tuturdu, o həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi idi.